Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Faiq Ağayev, Zabit Quliyev, Mövsüm  Məmmədov və Vəzir Sədiyev
06 iyun 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Faiq Ağayev, Zabit Quliyev, Mövsüm Məmmədov və Vəzir Sədiyev

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonu Papravənd kəndində anadan olub. O, 1990-cı ilin sentyabr ayından Ağdam rayonunun milis (polis) alayının tərkibində düşmənə qarşı vuruşub, Dağlıq Qarabağın bütün kəndlərinin müdafiəsində xüsusi sücaət göstərib. 1991-ci il dekabrın 23-də Meşəli kəndi ermənilərin hücumuna məruz qalıb, Faiq Ağayev kiçik bir dəstə ilə kəndin kənarında mövqe tutub, düşmənin qarşısını alıb, həlak olub, ölümü ilə dinc əhalinin kəndi tərk etməsinə şərait yaradıb. Ağdam rayonu Papravənd kəndində dəfn edilib.

Zabit Adil oğlu Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonu Ərəbxana kəndində anadan olub. O, 1993-cü ilin sentyabrında Milli Ordunun tərkibində düşmənə qarşı vuruşub, Füzuli, Ağdam, Ağdərə, Tərtər bölgələrində qəhrəmanlıq nümunələri göstərib, sərrast atəşlə düşmənin ağır texnikasını sıradan çıxartmaqda ad qazanıb, təkcə Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə düşmənin 4 tankını vurub. Hazırda Vətənə, Xalqa xidmətini davam etdirir.

Mövsüm Şahin oğlu Məmmədov 1967-cil iyunun 6-da Xocalı rayonu Kosalar kəndində anadan olub. O, 1992-ci ildə milis (polis) sıralarına daxil olub, Meşəli, Kocalar və digər kəndlərin müdafiəsində fəal iştirak edib. 1992-ci il ərzində Xocalının müdafiəsində fədakarlıqla vuruşub, dinc əhalinin xilas edilməsində xüsusi sücaət göstərib. Hazırda Daxili İşlər Nazirliyinin orqanlarında fəaliyyətini davam etdirir, polis polkovnik-leytenantıdır.

Vəzir İsa oğlu Sədiyev 1961-ci il iyunun 6-da Borçalının Aşağı Qullar kəndində anadan olub. O, peşəkar zabit kimi Sovet ordusunda xidmət edib, artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini olub, 1992-ci ilin avqustunda Milli Ordumuza qayıdıb, mayor rütbəsində Artilleriya və Hərbi Hava Qüvvələri sistemində çalışıb, Laçın, Qubadlı, Füzuli, Ağdərə istiqamətlərində döyüşlərdə fəal iştirak edib, əsl hərbçi kimi ad çıxarıb. O, 1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142

Oxşar yazılar