Neftçalada tarix müəllimi intihar edib
Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayon prokurorunun köməkçisi Anar Mirkişiyev məlumat verib.
Neftçala rayon Tatarməhlə kənd sakini, 1951-ci il təvəllüdlü Bağırov Qəribsoltan Səfər oğlu bu gün səhər saat 07.00 radələrində yaşadığı həyətdə meyvə ağacından asılmış vəziyyətdə aşkar edilib.
Bildirilir ki, Q. Bağırov rayonun Xıllı qəsəbəsindəki orta məktəbdə tarix müəllimi işləyirmiş.
İntiharın səbəbləri hələlik istintaqa məlum deyil.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

567