Azərbaycana böyük həcmdə narkotik vasitələr gətirən iranlı sürücü saxlanılıb
Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr və psixatrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı-Astara avtomagistralının Masallı rayonu ərazisindən keçən hissəsində “Mersedes-Benz” markalı “İR-35775” dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən İİR vətəndaşı Feyzi Mansoor Mırahmad oğlu və həmin nəqliyyat vasitəsində sürücünün köməkçisi qismində əyləşmiş İran vətəndaşı Hajı Zeınalı Farshı Asghar Hosseın oğlu Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılması məqsədi ilə Biləsuvar Gömrük İdarəsinə gətirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gİ-də “Mersedes-Benz” markalı İR-35775 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna baxış zamanı avtobusun salonunda, sol tərəfdən 4-cü sırada yerləşən oturacağın alt hissəsindən, zavod konstruksiyasında nəzərdə tutulmuş yerdən, polietilen selofanda olan, gömrük nəzarətindən gizlədilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr”in II Siyahısına daxil olan cəmi 60 ədəd həbdən ibarət “Methadone” adlı, hər birində 10 ədəd həb olmaqla 30 konvalyut “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxil olan “Clonazepam 2 mg” adlı) və avtobusun yanacaq çəninin yan hissəsindən, zavod kostruksiyasında nəzərdə tutulmayan, sonradan kustar üsulla düzəldilərək yanacaq çəninə bərkidilmiş xüsusi gizli saxlanc yerindən 32 ədəd kvadrat formalı bağlamalarda, hər bir konvalyutda 10 ədəd kapsul olmaqla ümumilikdə 7000 konvalyut “Opidol Capsules (Tramadol hydrochloride)” adlı dərman preparatları aşkar edilərək götürülüb.
657