Dubay-Bakı aviareysində qaçaqmalçı saxlanılıb
04 iyun 2011 12:36 (UTC +04:00)

Dubay-Bakı aviareysində qaçaqmalçı saxlanılıb

“J2 012” saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ağayev Samir Nəriman oğlu gömrük nəzarətindən keçərkən təqdim etdiyi gömrük bəyannaməsində 300 dollar dəyərində 2 ədəd “İphone” markalı mobil telefon, 450 dollar dəyərində televizor və noutbuk göstərib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şifahi sorğu zamanı Samir Ağayev başqa mütləq bəyan olunası malların olmadığını bildirib.

Maneçilik törətməsinə baxmayaraq, əl yükü və baqajlarına Hava Həqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq baxış keçirilib və Samir Ağayevin müşayiət etdiyi baqajdan gömrük bəyannaməsində qeyd etdiyi 2 ədəd “İphone 16GB” markalı mobil telefondan, 1 ədəd “Sony Bravia BX4/40” markalı televizordan və 1 ədəd “HP” markalı noutbukdan əlavə bəyan etmədiyi, gömrük nəzarətinə könüllü təqdim etmədiyi, habelə gömrük baxışından qabaq şifahi sorğu edilərkən bildirmədiyi 400 ədəd “MicroSD1GB”, 846 ədəd “MicroSD2GB” markalanma yazısı olan mobil telefonlar üçün yaddaş kartları, 3 ədəd “Toyota” avtomobili üçün fara, 1 cüt üzərində “Creativ” markalanma yazısı olan kompüter üçün səs gücləndirici (kalonka) aşkar edilərək protokol əsasında götürülüb.

Gömrük nəzarətindən keçərkən Samir Ağayevin ictimai qaydanı kobud şəkildə pozan, gömrük orqanının vəzifəli şəxslərinə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar