Şamaxıda dəhşətli qəza: ata və oğul ölüb, 5 nəfər ağır yaralanıb
04 iyun 2011 10:50 (UTC +04:00)

Şamaxıda dəhşətli qəza: ata və oğul ölüb, 5 nəfər ağır yaralanıb

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şamaxı rayonu ərazisində qeydə alınıb.

Göyçay şəhər sakini, 1965-ci il təvəllüdlü Babayev Vüqar Vaqif oğlunun idarə etdiyi 10 VG 285 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn, Bakı şəhər sakini Valeri Alıyevin idarə etdiyi, başqasına məxsus 90 BX 115 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı maşınla toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”-nin sərnişini - Göyçay şəhər sakinləri - 1958-ci il təvəllüdlü Kazımov Çingiz Kazım oğlu və onun 26 yaşlı oğlu Kazımov Alid dünyasını dəyişib, hər iki avtomobilin sürücüsü, eləcə də, “Hyundai Accent”in sərnişinləri - Bakı sakinləri Renat Baqaudinov və Mamed Mammadxanov ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar