Xaçınçayda kişi meyiti tapılıb
Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirilib və məlum olub ki, ölən şəxs Lənbəran kənd sakini, 1959-cu il təvəllüdlü Abdullayev Süleyman İsrafil oğludur. Meyit Xaçınçay çayının ortasında torpaq və daşdan ibarət maneənin önündə tapılıb və üzərində hər hansı xəsarət olmayıb. Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev ruhi-əsəb xəstəsi imiş. Onun hansı şəraitdə çaya düşməsi və ölməsi ilə bağlı araşdırma aparılır.
Nizam RZA
Nizam RZA
409