Arif Hacılının apelyasiya şikayəti təmin edilmədi
02 iyun 2011 17:24 (UTC +04:00)

Arif Hacılının apelyasiya şikayəti təmin edilmədi

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, Səbayel Rayon Məhkəməsinin Arif Hacılının haqqında çıxarılmış həbs-qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı qərarından verdikləri şikayət təmin olunmayıb.


Qeyd edək ki, Arif Hacılı 2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur. Mayın 24-də Səbail rayon Məhkəməsi A. Hacılı barəsində həbs-qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar