Günün tarixi
03 iyun 2011 00:20 (UTC +04:00)

Günün tarixi

829. Həşdadsər dağında ərəb qoşunu ilə xürrəmilər arasında döyüş baş verib. Xürrəmilər ərəblər üzərində parlaq qələbə çalıb

1843. Rus bioloq Timiryazev anadan olub

1883. Görkəmli yazıçı, filosof Frans Kafka anadan olub

1917. Petroqradda (indiki Sankt-Peterburq) I Sovetlər qurultayı başlayıb

1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin texniki qüvvələrinin siyahıya alınması və səfərbər edilməsi barədə dekret verib

1920. Azərbaycan İnqilab Komitəsi respublikada sərbəst ticarət barədə dekret verib

1957. Yazıçı, əməkdar incəsənət xadimi Afaq Məsud anadan olub

1959. Sinqapur muxtariyyət əldə edib

1961. Vyanada Xruşov və Kennedi arasında 2 günlük görüşlər başlayıb

1963. Türk şair Nazim Hikmət Moskvada vəfat edib

1973. Səsdənsürətli “TU-144” mülki təyyarəsi sərgi zamanı Paris səmasında qəzaya uğrayıb. Tarixə səsdənsürətli mülki təyyarənin ilk qəzası kimi düşən bu hadisə barədə müəmmalar hələ də qalmaqdadır. Qəzada 14 nəfər həlak olub

1979. Meksika körfəzində neft yanğını. Fontan vuran mədənin alışması nəticəsində təqribən 1,5 milyon ton neft yanıb. Yanğını təqribən 300 gün sonra söndürmək mümkün olub

1989. İslam inqilabının rəhbəri Ruhulla Musəvi Xomeyni (İmam Xomeyni) vəfat edib

1992. Siyasi partiyalar haqqında qanun qəbul edilib

1996. Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda” bəyənnamə qəbul edib

2006. Çernoqoriya respublikası müstəqilliyini elan edib

2006. İraqda 5 rus diplomat oğurlanaraq qətlə yetirilib.

Günün aforizmi

“Amal uğrunda ölmək-əbədi yaşamaqdır”.

Xiyabani
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar