İki uşaq atası işlədiyi qarajda intihar etdi
02 iyun 2011 14:55 (UTC +04:00)

İki uşaq atası işlədiyi qarajda intihar etdi

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti ev 90, mənzil 66-da yaşayan 1958-ci il təvəllüdlü Fərəcov Elşad Kamil oğlu özünü binanın həyətindəki qarajda asıb.


Məlumata görə, intihar edən şəxs avtomobil ustası imiş, özünü öldürdüyü qarajda işləyirmiş. Bu gün səhər saatlarında evdən çıxıb qaraja gələn 53 yaşlı E.Fərəcovun çox keçmədən canına qəsd etməsi xəbəri yayılıb.

Qeyd edək ki, E.Fərəcov iki övlad atasıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar