Nemət Pənahlıya 7 il 6 ay həbs cəzası istənildi
02 iyun 2011 12:05 (UTC +04:00)

Nemət Pənahlıya 7 il 6 ay həbs cəzası istənildi

Bu barədə Lent.az-a Nemət Pənahlının vəkili Samir İsayev məlumat verib. Vəkil bildirib ki, proses N. Pənahlının ifadəsi ilə başlayıb. Daha sonra həm N.Pənahlı və C.Fərzullayevin, həm də zərərçəkən Eldəniz Rzayevin çarpaz dindirilməsi həyata keçirilib.

Bunun ardınca isə hakim istintaqın başa çatması barədə məlumat verib. Sonra dövlət ittihamçısı Əsədulla Ramazanov ittiham olunan tərəflərə cəza istəyib. O, N. Pənahlının 7 il 6 ay, C.Fərzullayevin isə 5 il azadlıqdan məhrum edilməsini və həbs müddətinin saxlanıldıqları vaxtdan hesablanmasını istəyib.

Vəkil bildirib ki, müdafiə üçün hakimdən vaxt istəyiblər. Növbəti proses iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar