Bakıda 15 yaşlı oğlan məktəb yoldaşını bıçaqladı
02 iyun 2011 11:14 (UTC +04:00)

Bakıda 15 yaşlı oğlan məktəb yoldaşını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, F.Xoyski küçəsi 118-in qarşısında 1996-cı il təvəllüdlü Ceyhun Abdullayev həmyaşıdı, 1996-cı ildə anadan olmuş Ülvi Məmmədovu bıçaqlayıb.

Böyrək nayihəsindən ciddi xəsarət almış yeniyetmə xəstəxanaya çatdırılıb. C.Abdullayev saxlanılıb.

Lent.az-a verilən məlumata görə, hadisənin iştirakçıları eyni orta məktəbin şagirdləridir. Onlar arasında yaranmış mübahisənin dəqiq motivi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar