Uşaqları Müdafiə Günündə uşaq faciəsi: 1 ölü, 2 yaralı
İyunun 1-də - Uşaqları Müdafiə Günündə Bakıda 3 azyaşlını maşın vurub. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, saat 20.00 radələrində Səbail rayonu ərazisində, “Neftçilər” prospektinin “Azadlıq” meydanı ərazisindən keçən hissəsində 90 CP 787 nömrə nişanlı “Tayoto Carolla” valideynləri ilə birgə Dənizkənarı Milli Parka tələsən körpələri vurub. Nəticədə 2002-ci il təvəllüdlü Abbaszadə Fəxrəddin Əfqan oğlu və 2007-ci il təvəllüdlü Ələsgərli Ayan Asif qızı yaralanıblar. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həmin vaxt uşaqların yanında valideynləri olsa da, onlar körpələri baş vermiş hadisədən yayındıra bilməyiblər.
Daha bir dəhşətli hadisə isə Xətai rayonu ərazisində baş verib. Saat 18:35-də, Gəncə prospekti 105 ünvanının qarşısında 90 DH 680 nömrəli “KİA Sportage” 11 yaşlı Məmmədov Babək Vüqar oğlunu vurub. B.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hər iki faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - YENİLƏNİB
23 iyul 2025 , 14:14
Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 , 13:24
Mərdəkanda 18 yaşlı oğlan dənizdə batdı - YENİLƏNİB
23 iyul 2025 , 12:55
Azərbaycanda tanınmışların şəxsi məlumatlarını oğurlayan HAKER TUTULDU - VİDEO
23 iyul 2025 , 12:10
Azərbaycan onu Qazaxıstana təhvil verdi
23 iyul 2025 , 11:55
Qız MMA döyüşçüsünün gözünü çıxartdı
23 iyul 2025 , 11:35
Ağdam və Ağdərədəki yanğını söndürməyə helikopterlər cəlb olundu - YENİLƏNİB - VİDEO
23 iyul 2025 , 11:25