“Mahmud Topçu K” Firması barədə iş qaldırıldı
01 iyun 2011 17:02 (UTC +04:00)

“Mahmud Topçu K” Firması barədə iş qaldırıldı

Normativ sənədlərin tələblərinə cavab verməyən sərinləşdirici içkilərin məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Mahmud Topçu K” İstehsal Kommersiya Firmasına icrası məcburi göstəriş verilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 8579 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Dövlət Xidməti tərəfindən haqsız rəqabətə yol verdiyinə görə “Mahmud Topçu K” İstehsal Kommersiya Firması barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar