2 qohumunu amansızlıqla öldürən qadın hakim qarşısına çıxacaq
İki qohumunu qətlə yetirməkdə təqsirləndirilən, 8 il axtarışda olan Raina Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
APA-nın xəbərinə görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyunun 7-də hakim Azər Orucovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Raina Əhmədova 2003-cü il aprelin 2-də 31 yaşlı Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası 54 yaşlı Göyçək Askarovanı qətlə yetirilərək yandırmaqda təqsirləndirilir. İttihamnaməyə görə, Raina Əhmədova borclu olduğu pulu ödəmək istəməyib, bu səbəbdən də qohumu Ramin Askarovu öldürmək qərarına gəlib. O, R.Askarovu və anasını boğaraq qətlə yetirib, daha sonra isə izi itirmək üçün cəsədləri yandırıb.
Uzun müddət Türkiyədə gizlənən R. Əhmədova Samsun şəhərində həbs edilib. O, bu il martın 18-də Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşları tərəfindən Türkiyədən ölkəyə gətirilib.

630