Moldovanın sabiq prezidentinin nəvəsi azərbaycanlı məmura ərə gedir
01 iyun 2011 13:39 (UTC +04:00)

Moldovanın sabiq prezidentinin nəvəsi azərbaycanlı məmura ərə gedir

Moldovanın sabiq prezidenti, Moldova Respublikası Kommunistlər Partiyasının lideri Vladimir Voroninin nəvəsi Yekaterina Voronina Azərbaycanın yüksək rütbəli məmuruna ərə gedir. Lent.az-ın məlumatına görə, “Komsomolskaya Pravda” qəzetinin bu xəbərini jurnalistlərə Vladimir Voroninin özü təsdiqləyib.

Sabiq prezident 20 yaşlı nəvəsinin ailə quracağı azərbaycanlı məmurun adını açıqlamaqdan imtina edib. O, toyun dəqiq tarixini deməsə də, yay aylarında cümə günü keçiriləcəyini bildirib. Təsdiq olunmamış məlumata əsasən, toy iyulda Bakıda olacaq.

Qeyd edək ki, əvvəllər əcnəbi KİV Vladimir Voroninin nəvəsinin MDB-də ən varlı varislərdən olduğunu yazıb. Onun əmlakının 1 milyard dollar olduğu bildirilir. Yekaterina Voronina Puşkin adına litseyi qurtardıqdan sonra bir neçə il öncə xaricə oxumağa yollanıb. Amma konkret hara getdiyi böyük sirr kimi saxlanılır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar