Fıstıq ağacından hazırlanmış taxta materialları ilə dolu “Kamaz” saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2011-ci ilin may ayı ərzində respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Bakı şəhəri Qaradağ rayonu ərazisində “Kamaz” markalı 42-BK-264 dövlət nömrə nişanlı yük maşını saxlanılıb.
Baxış zamanı maşının yük yerində qanunsuz yolla əldə edilmiş 3 min 88,98 manat dəyərində, 15,91 m3 həcmində fıstıq cinsli ağaclardan hazırlanmış taxta materialının olduğu müəyyən edilib və müvafiq qaydada sənədləşdirilib.
Faktla bağlı toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Maşında olan qanunsuz yolla əldə edilmiş meşə materialı maddi sübut kimi saxlanılır.
Hazırda reydlər davam etdirilir.

1021