ABŞ-da əcaib qadağa
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ölkədə abidələrin civarında nümayişlər keçirməyin və rəqs etməyin qadağan olunması diskussiyalara səbəb olub.
Polis paytaxt Vaşinqtondakı Tomas Cefferson abidəsi civarında rəqs edən 5 nəfərə qarşı fiziki güc tətbiq edib. Qrup məhkəmənin rəqsi qadağan edən qərarına səssiz aksiya ilə etirazını bildirib. Qulaqlıqla musiqi dinləyib rəqs edən qrupa polis öncə xəbərdarlıq edib. Lakin qrupdakı bir kişi ilə bir qadın yenidən rəqs etməyə başlayınca mübahisə böyüyüb. Polis onların qollarını qandallayıb. Qrupun digər üzvləri isə səssiz şəkildə rəqsə davam ediblər. Ancaq polis buna daha sərt reaksiya verib. Polis onları da sərt şəkildə yerə yıxaraq qandallayıb, qrupun sonuncu üzvünün isə boğazını sıxıb.
Hədsiz fiziki gücün tətbiqi ilə bağlı polislər haqqında istintaq başlayıb.
362