Hakimin həyat yoldaşının qatili məhkəmədə ifadə verib
APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən Xalidə Əhmədova ifadə verib. Xalidə Əhmədova ifadəsində özünü təqsirli bildiyini deyib. O, hadisəni münaqişə zəmində törətdiyini deyib: “Bizim aramızda pula görə mübahisə yarandı. O, məndən borclu olduğum pulu tələb edirdi. Mən də onu öldürdüm”.
Proses iyunun 7-də təqsirləndirilən şəxsin ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, məlum hadisə 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.
Hadisədən dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.

508