Kənddə mağaza sahibi öldürüldü
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qızılağac kəndində, kənd sakini, 22 yaşlı Zamiq Həsənov 24 yaşlı Şahmar Hüseynovu bıçaqlayıb.
Məlumata görə, Ş.Hüseynov kənddə mağaza işlədirmiş. Mağazaya gələn Z.Həsənov onunla mübahisə edib və bıçağa əl atıb. Mağaza sahibi ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb. Qətlin təfərrüatları barədə məlumat verilmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

637