Girovların alqışladığı azərbaycanlı terrorçu - FOTO
Zaman: 1993-cü ilin fevralı.
Məkan: Sankt-Peterburqun «Pulkovo» aeroportu.
Aeroportun gözləmə zalında yüzlərlə insan var. Onların bir qismi də «Tümen-Peterburq» reysi ilə uçub gələcək sərnişinlərin yaxını və qohumudur. Amma təyyarə nədənsə qrafikindən kənara çıxıb, gecikir. Aeroportda həyəcan artır, yavaş-yavaş şayiələr yayılır. Və nəhayət hamının qanını donduran elan verilir: «Tümen-Peterburq» reysi terrorçular tərəfindən qaçırılıb».
Həmin vaxt təyyarənin bortunda 80 sərnişin və uçuş heyətinin 9 üzvü vardı. Təyyarəni qaçıran isə azərbaycanlı Tamerlan Musayev və onun arvadı Marina Musayeva idi. Həmin vaxt 7 aylıq qızları Səbinə də təyyarədə onlarla birgə olub…
Riyaziyyatçı terrorçu
Tamerlan Bakıda anadan olmuşdu. Hər iki valideyni müəllim idi. Orta məktəbi əla qiymətlərlə bitirib Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə girmişdi. Ali Məktəbin ikinci kursundan hərbi xidmətə getmiş, qayıdıb təhsilini başa vurmuşdu. Amma daha zaman o zaman deyildi. Dünyanın ən böyük dövləti dağılmışdı. Bu böyük dövlətin dağıntıları altında başda Rusiya olmaqla, digər «qardaş respublikalar» da inləyirdi, Cənubi Qafqazın iki keçmiş «qardaş ölkəsi» Qarabağ uğrunda amansız müharibə aparırdı. 25 yaşlı Tamerlanın köhnə «Jiquli»də Bakı küçələrində «xalturası» isə ancaq çörək puluna güclə çatırdı.
Yeltsindən anormal cavab
«Marina burda qalmaq istəmirdi. Bundan başqa, qızımız təzəcə anadan olmuşdu. Ölkədə işsizlik və aclıq baş alıb gedirdi. Bir yandan da bu lənətə gəlmiş müharibə. Ona görə də qərara gəldik ki, Rusiyaya köçək. Hətta o vaxtkı Rusiya prezidenti Boris Yeltsinə açıq məktub yazıb ondan vətəndaşlıq da istəmişdim. Amma Kreml Administrasiyasından əcaib cavab gəldi: «Bakıda Rusiya səfirliyinin binası açılmayıb. Səfirliyin binası açılsın, ondan sonra bu məsələyə baxa bilərik”. Başa düşmədim, bu bina məsələsinin vətəndaşlıq məsələsinə nə dəxli vardı?»
Bunu Tamerlan Musayev sonradan Rusiya mətbuatına açıqlamasında deyəcəkdi.
«Siz mənim hesabıma ABŞ-a uçacaqsınız»
Tümen-Peterburq reysi ilə uçan "Tu-134"-ün «Pulkovo» aeroportuna enməsinə 1 saat qalmış sərnişinlərdən biri stüardessaya bir məktub verib deyir ki, ekipajın komandirinə çatdırsın. Məktubda isə bu sözlər yazılmışdı: «Mənim üstümdə iki qumbara var. Düzdür, siz atəş açıb məni öldürə bilərsiniz. Amma bilin ki, onda təyyarə göyə sovrulacaq. Əgər bunu istəmirsinizsə, Finlandiyaya doğru kurs götürün. Helsinkidə yanacaq doldurub, ordan da ABŞ-a uçacağıq. Siz mənim hesabıma dünyanın ən demokratik ölkəsini də görəcəksiniz!»
Amma Helsinki təyyarəni qəbul etmir. Tamerlan tələb edir ki, onda təyyarə Tallinə ensin. Elə də olur. Tallində Tamerlan bir neçə əcnəbi sərnişini, habelə uşaq və qocaları azad edir. Təyyarənin stüardessası da həyatını riskə ataraq ehtiyat lyuklardan birini açır. Bir neçə nəfər də bir neçə metrlik hündürlükdən tullanıb xilas olur. Amma bu vaxt Tamerlanın həyat yoldaşı Marina təyyarənin illimünuatorundan bir neçə maskalı xüsusi təyinatlının təyyarəyə yaxınlaşdığını görür. İsterikaya düşən Marina qışqırır: «Cəhənnəm olsun hamısı, partlat». Amma Tamerlan soyuqqanlı davranır. Hələ üstəlik bir neçə sərnişini də azad edir.
Qarabağdan gətirilmiş qumbara
Təyyarə qaçırıb Avropada sığınacaq almaq istəyi Tamerlanın başına harda gəlsə yaxşıdır? Sən demə, tualetdə. «AİF»ə verdiyi açıqlamadan: «Mən Rusiyaya köçmək istəsəm də, orda da qalmaq istəmirdim. Fikrim ancaq Avropaya getmək idi. Fərqi yoxdu hara, Fransaya, Almaniyaya, İsveçə. Məqsədimə çatmaq üçün nə edəcəyimi də bilmirdim. Bir gün tualetdə oturub qəzet oxuyurdum. Zarafat etmirəm, hər şey elə beləcə başladı. Məqalə təyyarə qaçırıb bu və ya digər ölkədə sığınacaq almağa nail olmuş adamlar haqda idi. Həmin gün dostum Sergey bir neçə günlüyə döyüş bölgəsindən məzuniyyətə gəlmişdi. Ondan xahiş etdim ki, gələn dəfə gələndə mənə iki ədəd qumbara gətirsin. Nəyimə lazım olduğunu soruşdu. Dedim ki, suvenir kimi saxlayacağam. Razılaşdı. İki aydan sonra verdiyi sözə əməl edib, mənə iki «F-1» gətirdi.
Qısa arayış
SSRİ-dən təyyarə qaçırılması barədə ilk rəsmi informasiya 1976-cı ilə təsadüf edir. Maraqlıdır ki, söhbət sərnişin təyyarəsindən getmir. 6 sentyabr 1976-cı ildə SSRİ HHQ-nin təyyarəçisi Viktor Belenko tərəfindən MİQ döyüş təyyarəsi Yaponiyanın Xakodate şəhərindəki aeroporta qaçırılıb. Bu hadisədən sonra bu tip təyyarələrə xaric ölkəyə çatmayacaq həcmdə yanacaqla doldurulmağa başlandı. Bütün təyyarələr modifikasiya edildi və bort avadanlıqları təkmilləşdirildi.
Yeri gəlmişkən, təyyarənin üzü sonradan SSRİ tərəfinə qaytarıldı.
Əslində Tamerlanın təyyarə qaçırıb siyasi sığınacaq almaq fikrinə düşməsi də təsadüfi deyildi. SSRİ dağıla-dağılda və bundan sonra da belə hallar baş vermişdi. 1990-cı ilin yayında 17 yaşlı Dmitri Semyonov Misnk-Murmanks reysi ilə uçan «TU-154» təyyarəsini İsveçə qaçırıb sığınacaq ala bilmişdi. Ondan bir qədər sonra isə Oleq Kozlov adlı birisi "Tu-134" təyyarəsini («Riqa-Murmansk») Finlandiyaya endirmişdi. Daha sonra Anatoliy Mixaylenko Lvovdan Peterburqa uçan başqa bir "Tu-154"-ü qaçırmışdı və indi İsveç vətəndaşıdır. Hə, elə Tamerlanın da alnına məhz İsveç yazılacaqdı.
Qumbaraları uşaq paltarlarının içində keçirirlər
Amma İsveçə hələ xeyli vardı. Hələlik Tamerlan və ailəsi Rusiyaya köçür. Təyyarə qaçırmaq ideyası isə bir anlıq da onu tərk etmir. «Mən hər gün qarşımda xəritə qaçış planı hazırlayırdım. Qumbaradan necə istifadə etmək üçün hərbi ədəbiyyat oxuyurdum. Marinanı inandırmışdım ki, Rusiyaya, Azərbaycana baxmasın. Avropada demokratiya hakimdir. Siyasi sığınacaq istəyənləri qarşı tərəfə təhvil verməzlər. Uzağı iki il içərisində hər cür şəraiti olan həbsxanada qalacağıq. Sonra isə yaşasın azadlıq!»
Marina Tamerlanla razılaşmağa məcbur olur. Beləliklə, onlar qaçış planını fevralın 20-nə təyin edirlər. Qumbaraları 7 aylıq Səbinənin pal-paltarlarının arasına soxurlar. Amma hər ehtimala qarşı Tümen aeroportunda metalaxtaran kabinədən yan keçmək üçün rüşvət verməyə adam da tapırlar. Ər-arvad rahat şəkildə təyyarəyə əyləşə bilir. Stüardessanın təyyarəmiz bir saata «Pulkovo» hava limanına enəcək» elanından sonra Tamerlan hərəkətə keçir. Salondakılar elə bilirlər ki, Tamerlan zarafat edir. Amma ovcuna soxduğu qumbaranı salondakılara göstərib deyir: «Baxın, zarafat etmirəm haaa». Salon bir-birinə dəyir. Valerian və karvalol iyi ətrafı bürüyür. Eyni vaxtda «Pulkovo» aeroportunda təyyarəni gözləyənlər də aeroportdakı apteklərə tərəf qaçırlar. Heç kim bu dramın necə qurtaracağını proqnozlaşdıra bilməzdi. İndi hər şey ondan asılı idi; Avropaya azadlıq dalınca gedən terrorçudan, azərbaycanlı Tamerlan Musayevdən.
…
Musayevin tələbindən sonra təyyarə yenidən havaya qalxır və az sonra paytaxt Stokholma enir. Təyyarə Stokholm aeroportuna enən kimi yaşlı bir qadın-sərnişin Tamerlana yaxınlaşır.
- Mənim 5 uşağım var, yazığın gəlsin, məni burax!
- Çıx get-deyə stüardessaya təyyarənin qapısını açmağı əmr edir.
İsveç xüsusi təyinatlıları təyyarəni mühasirəyə alırlar. Onlar təslim olmağı əmr edirlər. «Deyirdilər ki, təslim olub girovları buraxsam, mənə siyasi sığınacaq verəcəklər».
Tamerlan əmrə tabe olur. Elə istədiyi də bu deyildimi?
Təyyarənin trapı verilir. «Çıxın» deyə Tamerlan girovlara tərəf dönür. Və bu vaxt ağlasığmaz bir şey baş verir: Girovlar onu uzun müddət alqışlayırlar. Elə xüsusi təyinatlılar da. Tamerlanın gözləri yaşarır. Marina ilə birgə polisə təslim olur. Beləliklə 20 saatdan çox sürən qaçdı-qovdu bircə nəfərin də olsa, burnu qanamadan Stokholmda başa çatır.
«Ömrüm boyu yemədiklərimi İsveç həbsxanasında yedim»
«Bizi əzəmətli ağ bir binaya gətirdilər. Əvvəl elə bildim Rusiya səfirliyinin binasıdır. Amma sonra başa düşdüm ki, otel tipli bir yerdir. Məni içində hətta televizoru olan bir otağa yerləşdirdilər. Marina və qızım Səbinəni isə başqa mərtəbəyə apardılar. Amma hər günü demək olar ki, bir yerdə keçirirdik. İsveçin xeyriyyə təşkilatları hər gün bizə baş çəkirdi. Meyvə, şokolad, uşaq bezləri gətirirdilər. Orda olduğumuz 3 ay ərzində mən ömrüm boyu yemədiklərimi yedim. Günlərin bir günü axşam çağı mənə bayıra çıxmağımı əmr etdilər. Əynimdə yüngül çəkələk bayıra çıxdım, fikirləşdim ki, yəqin nəsə sorğu-sual var. Gördüm Marina və qızımı da bayıra çıxarıblar. Artıq hər şey aydın idi. İsveç bizi Rusiyaya təhvil verirdi. Arxamızca isə hərbi təyyarə göndərmişdi» deyir Tamerlan.
Zaman: 1993-cü il iyun
Məkan: Sankt-Peterburq şəhər məhkəməsi.
Tamerlan Musayev etdiyi cinayətə görə 12 il müddətinə azadlıqdan məhrum edilir. Marina Musayevaya isə 6 ay şərti cəza verilir. İsveç hökuməti Musayevlərin bu qədər ağır cəza almasından sarsılır. Və kiçik Səbinə yetkinlik yaşına çatanacan ona aylıq 130 dollar müavinət ayrılır. Tamerlan cəzasını bitirib. İndi anasının yanında, amma Dağıstanda qeydiyyatdadır. Rusiya ona pasport vermir. Deyirlər birdən yenə də... Elə özünün də vecinə deyil. «MK»ya verdiyi açıqlamada dediyi kimi: «Mən artıq Rusiyanın tarixinə düşmüşəm. Amma Bakıya gəlmək istərdim. Buna görə heyflənirəm ki, pasportum yoxdur».
Səbuhi Məmmədli

1150