Tərtər çəyirtkə sürülərinin hücumuna məruz qalıb – FOTO
30 may 2011 13:49 (UTC +04:00)

Tərtər çəyirtkə sürülərinin hücumuna məruz qalıb – FOTO

Bu barədə APA-nın Qarabağ bürosuna Tərtər rayon icra hakimiyyətindən məlumat verilib. Rayonun Şıxarx, Həsənqaya kəndləri istiqamətində yerləşən əkin sahələrində zərərvericilərin artımı müşahidə olunur. “Mərakeş çəyirtkəsi” adlandırılan bu həşəratlar əsasən taxıl zəmilərinə hücum edirlər.

Tərtər RİH-nin aqrar məsələlər şöbəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, zərərvericilərə qarşı vaxtında mübarizə başlanıldığına görə, əvvəlki illərlə müqayisədə çəyirtkə sürüləri sahələrə bu il o qədər də ciddi zərər vura bilməyib: “Sürətlə çoxalan bu zərərvericilər yaşıl bitki növləri ilə yanaşı, peyin və digər müxtəlif tullantılarla qidalana bilirlər. Aktivliklləri isə günəş şüalarının yayılmasından asılıdır. Səhər tezdən oyanan zərərvericilər, Günəş şüalarına doğru hərəkət edir, orta hesabla günün birinci yarısında 3 km uzunluğunda yaşıllıq örtüyünü məhv edə bilirlər. Günün ikinci yarısında isə sabaha hazırlıq məqsədilə 1 km geri qayıdırlar. Artım dövrlərinin ən aktiv vaxtı iyun-iyul aylarıdır. Bir çəyirtkə cütlüyü iki ay ərzində onlarla çəyitkə ailəsinin yaranmasına səbəb ola bilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar