Avtomobil 25 metr hündürlükdən dərəyə aşdı
Lerik Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Zeynal Allahverdiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə Lənkəran-Lerik yolunun 24-cü kilometrliyində baş verib. Bu barədə RPŞ-nə yalnız mayın 29-da saat 9.00 radələrində məlumat daxil olub.
Hadisə yerinə gələn hüquq - mühafizə orqanlarının əməkdaşları “Hundai Sonata” markalı avtomaşının 25 metr hündürlükdən dərəyə aşdığının şahidi olublar.
Yarasız vəziyyətə düşmüş maşın avtokran vasitəsilə dərədən çıxarılıb.
Avtomobilin sürücüsü və sərnişinlərinin taleyi barədə isə məlumat verilmir.
Faktla bağlı Lerik RPŞ-də araşdırmalara başlanıb.

618