Bəzi qadın məhkumların şərti azadlığa buraxılması üçün rüşvət alınıb
APA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib. Rəis müavininin sözlərinə görə, bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkum məhkəmənin hökmü ilə şərti azadlığa buraxılıb. H. Əlixanov deyib ki, bu prosesin həyata keçirilməsində bəzi sui-istifadə və rüşvət alma halları da aşkarlanıb: “Bununla bağlı ciddi araşdırma aparılır və heç kimə güzəşt olunmayacaq”.
838