“Dünyanın heç bir yerində bu qədər əfv sərəncamı imzalanmır”
APA-nın məlumatına görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində 10 məhkum azadlığa buraxılıb. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində isə 3 məhkum azad olunub. Əfv sərəncamının icrasında iştirak edən Ombudsman Elmira Süleymanova deyib ki, bu, Azərbaycanda imzalanan sayca 49-cu əfv sərəncamıdır: “Dünyanın heç bir yerində bu qədər əfv sərəncamı imzalanmır. Qonşu ölkələrdə, Gürcüstanda, Ukraynada vəziyyət bizdən fərqlidir. Mən yenicə Ukraynadan səfərdən qayıtmışam. Orda 1400 nəfər yeniyetmə məhkum saxlanılır. Onların 600-ü 18 yaşına çatmayan qızlardır. Azərbaycanda isə bir nəfər də olsun, 18 yaşına çatmayan qız məhkum yoxdur”.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da əfv sərəncamının imzalanmasının təqdirəlayiq hal olduğunu deyib. Rəis müavini bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkumun da məhkəmənin hökmü ilə şərti azadlığa buraxıldıqlarını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan prezidentinin əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azalıb, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.
Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov, Akif Məhərrəmov da var.
Azərbaycan prezidenti bir neçə əcnəbi məhbusu da əfv edib.

479