Türkiyədə sevgilisi öldürülən azərbaycanlı qadına hökm oxundu
Türkiyədə qətl hadisəsində iştirak etmiş azərbaycanlı qıza hökm oxunub. Lent.az-ın “sonhaber.com”-a istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli qadın Şəkər İncənin də iştirakçısı olduğu qətl hadisəsi 2009-cu ildə baş verib.
Məlumata görə, həmin il dekabrın 17-də Şəkər İncənin ad günü qeyd olunub. Mərasimdə onun yaxın dostları iştirak edib. Dəvətlilər arasında qızın avtomobil təmiri ilə məşğul olan 28 yaşlı sevgilisi Mustafa Fırıncı da olub. Onlar 5 il qeyri-rəsmi nikahda olublar, daha sonra ayrılsalar da, dost qalıblar. Ad günündə isə M.Fırıncı ilə Şəkər İncənin mübahisəsi düşüb. Bu zaman qızın digər dostu Yunus Kiçiktəməl söhbətə qarışıb və tapançaya əl atıb. O, atəş açaraq Mustafanı qətlə yetirib.
Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə iş başlanılıb və yekunlaşdırılaraq Ağır Cəza Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Yunus Kiçiktəmələ 16 il 3 ay, Şəkər İncəyə isə 12 il 6 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, hadisə zamanı həm Mustafa Fırıncıda, həm də Yunus Kiçiktəməldə tapança olub. Hakimlər Azərbaycan əsilli qızı da qətlin birbaşa iştirakçısı kimi qəbul ediblər və ona da eyni maddə ilə cəza kəsiblər.

510