Tural Abbaslının şikayəti təmin edilmədi
Mayın 26-da Bakı Apellyasiya Məhkəməsi 2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində haqqında həbs-qətimkan tədbiri seçilən Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının Səbail Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxıb.
Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımov bildirib ki, onların Səbail Rayon Məhkəməsində T.Abbaslının haqqında seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı qaldırdıqları vəsatət təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsi də Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Tural Abbaslı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə təqsirli hesab olunur.
Anar

404