Qubada 45 yaşlı kişi yıxılaraq ölüb
25 may 2011 17:28 (UTC +04:00)

Qubada 45 yaşlı kişi yıxılaraq ölüb

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayon Armudbazar kənd sakini, 1966-cı il təvəllüdlü Həsən Şahmərdanov yıxılaraq ölüb.

Məlumata görə, Quba rayonu ərazisindən keçən Quddyalçayın sahilində yıxılan 45 yaşlı H.Şahmərdanovun başı daşa dəyib. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Həmin şəxsin ölümü ilə bağlı ekspertizalar təyin olunub, araşdırma aparılır.

Qeyd edək ki, evli olan H.Şahmərdanovun iki oğlu var.


Vəli TURAN
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar