A.M.A.Y-ın direktoruna cəza istənilib
25 may 2011 12:51 (UTC +04:00)

A.M.A.Y-ın direktoruna cəza istənilib

Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərdən Elşən Novruzovun 12 il, Yusif Kərimov və Zakir Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 1-də davam etdiriləcək.


İttiham aktına görə, müəyyən edilib ki, Kərimov Yusif Eldar oğlu “Topağac” MMC-də 2007-ci ilin iyun ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə kredit müqaviləsi bağlayıb. Müqaviləyə əsasən nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə tanışı - “A.M.A.Y” Ticarət Mərkəzinin rəhbərliyinə yaxın olan Akif Əliyevə verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurub. 6 avqust 2010-cu il tarixdə Kərimov Yusif Eldar oğluna Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Bundan başqa, Məmmədov Zakir Tofiq oğlu “BAC” MMC-də 2007-ci ilin oktyabr ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə “A.M.A.Y” Ticarət Mərkəzinin direktoru Novruzov Elşən Firudin oğluna verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurub. 4 sentyabr 2010-cu il tarixdə Məmmədov Zakir Tofiq oğluna Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


“A.M.A.Y” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev 10 avqust 2010-cu il tarixdə, həmçinin mərkəzin direktoru Elşən Novruzov 4- 5 avqust və 3-4 sentyabr 2010-cu il tarixlərində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək təqsirləndirilən şəxslər - Yusif Kərimov və Zakir Məmmədovun onlar tərəfindən dəymiş ziyanın yalnız ödənilməsindən sonra barələrində seçilmiş həbs- qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmasının mümkünlüyü izah edilib.


Yusif Kərimov və Zakir Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətləri təmin edilməyib. Elşən Novruzovun təqsiri sübuta yetdiyindən o da həbs olunaraq barəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar