Sevgilisinin qətlini sifariş verən qadın məhkəmə qarşısında
Bakıda sevgilisinin qətlinə sifariş verən biznesmen qadın və onunla əlbir olan şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Lent.az-ın xəbərinə görə, cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib. Cinayət işi üzrə bu günə təyin olunan hazırlıq iclası isə təxirə salınıb. Buna dövlət ittihamçısının prosesə gəlməməyi səbəb olub. Hazırlıq iclası mayın 26-na təxirə salınıb.
İttiham aktına əsasən, bizneslə məşğul olan Məmmədova Tövhə Tahir qızı Şuşa şəhərində anadan olmuş 1954-cü il təvəllüdlü Ağayev Elxan Fəxrəddin oğlu ilə yaxın münasibətdə olub. E.Ağayev bundan istifadə edərək mobil telefonu ilə T.Məmmədovanın açıq-saçıq fotoşəkillərini və videogörüntülərini çəkib. Daha sonra onu şantaj etməyə başlayıb. Buna görə qadın E.Ağayevə Qobu qəsəbəsində üçmərtəbəli ev tikdirib. Son 8 ayda isə Ağayevə hər dəfə 1000-1500 manat olmaqla üst-üstə 15000 manata qədər pul verib. Lakin E. Ağayev bütün bunlarla kifayətlənməyib. Onu şantaj eləməyə davam edərək biznes sahəsindəki gəlirlərinin hamısı haqda ona məlumat verməməkdə günahlandırıb. Bundan bezən T. Məmmədova E. Ağayevi öldürtmək qərarına gəlib. Bu məqsədlə o, tanışları Vüqar Qasımov, Əhməd Cəfərov, Möhsümi Fərhad və İlqar Hacıyevlə cinayət əlaqəsinə girib. Həmin şəxslər qətl nəticəsində
T. Məmmədovadan 25 min manat pul istəyiblər. T.Məmmədova isə bununla razılaşıb. Onların qurduqları plana əsasən, T.Məmmədova ötən il iyulun 14-də Elxan Ağayevə zəng edərək onu Qobu qəsəbəsinə görüşə çağırıb, özü isə görüşə getməyib. Plana əsasən, bu görüş zamanı İ. Hacıyev Elxan Ağayevi öldürməli imiş.
E.Ağayev saat 16 radələrində Qobu qəsəbəsindəki yeni tikilməkdə olan evinə gedib. Onu izləyən İ.Hacıyev E.Ağayevə yaxınlaşaraq qəsəbədə 1 sot torpağın qiymətinin neçəyə olduğunu soruşub. E.Ağayev bu məsələ ilə bələdiyyələrin məşğul olduğunu söyləyib. E.Ağayev geri dönmək istəyərkən İ.Hacıyev “Makarov” tipli tapança ilə onu bel nahiyəsindən bir dəfə atəş açaraq ağır yaralayıb. İ.Hacıyev hadisə yerindən qaçıb. O, cinayəti törətdikdən sonra şəhərdəki evinə gedərək V.Qasımova zəng edib və E.Ağayevi öldürdüyünü deyərək pulun qalanını istəyib. V.Qasımov isə T.Məmmədovaya zəng edərək E.Ağayevin öldürüldüyünü xəbər verib. T.Məmmədova E.Ağayevin ölmədiyini, bu işlə əlaqədar qardaşlarının Abşeron Rayon Polis Şöbəsinə aparıldığını, özünün də orada olduğunu bildirib. V.Qasımov Abşeron RPŞ-yə gedərək orada T.Məmmədova ilə görüşüb. Daha sonra İ.Hacıyevin yaşadığı evə qayıdaraq, E.Ağayevin ölmədiyini, ona görə də pulun qalan hissəsinin verilməyəcəyini söyləyib.
Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tövhə Məmmədova, Vüqar Qasımov, İlqar Hacıyev, Möhsümi Fərhad, Əhməd Cəfərov tutularaq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, hadisə ötən il iyulun 14-dən 15-nə keçən gecə baş verib.
Şəhriyar Əlizadə

478