Günün tarixi
25 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1571. İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaradıb

1889. Rus (sonradan amerikan) aviakonstruktoru İqor Sikorski anadan olub

1918. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası. Fətəli xan Xoyskinin keçirdiyi axşam iclasında bu qərar qəbul edilib: “Gürcüstan müstəqilliyini elan etdiyi halda, biz də tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik”

1920. Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan başlayıb. Üsyanı yalnız 1 həftə sonra yatırmaq mümkün olub

1934. Futbol hakimi Eldar Əzimzadə anadan olub

1954. Türkiyə Osmanlıdan qalan borcların ödənilməsini başa çatdırıb

1955. Aktyor Ramiz Novruzov anadan olub

1963. 30 Afrika ölkəsi Afrika Birliyi Təşkilatını (ABT) qurub

1983. Türk şair Nəcib Fazil Qısakürək vəfat edib

1988. İraq Bəsrəni İrandan geri alıb

1991. Kuba qoşunları 16 il sonra Anqolanı tərk edib

1994. 20 illik mühacirətdən sonra rus yazıçısı Aleksandr Soljenitsın vətənə qayıdıb

1997. General Rəşid Dostum Türkiyəyə sığınıb

2005. Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulub

2009. Şimali Koreya yeraltı nüvə sınağı keçirib

2009. Görkəmli fizik Fuad Qasımov vəfat edib

2009. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib.

Günün aforizmi

“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.

Bəhmənyar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar