Bakıda film kimi olay – TƏFƏRRÜAT
Mayın 19-da axşam saatlarında Bakıda adam oğurluğu hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Ulduz” metrostansiyasının qarşısında naməlum şəxslər Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Xalidə Əliyevanı zorla 90 XH 274 nömrə nişanlı taksi ilə qaçırıblar. Həmin ərazidə polis əməkdaşları olsa da, onlar gənc qızın zorla aparılmasına mane ola bilməyiblər. Dərhal hadisə ilə bağlı yol polislərinə məlumat verilib. Yol polisləri həmin avtomobili saxlamaq əmri versələr də, maşın dayanmayıb. Əlavə qüvvələrin cəlb olunmasından sonra taksi saxlanılıb.
Lent.az-a verilən məlumata görə, qız qaçırma olayının əsas ssenarisini 1979-cu ildə Beyləqanda anadan olmuş Samir Güləliyev hazırlayıb. O, uzun müddətdir, X.Əliyevanı sevsə də, həm qız, həm də qızın ailəsi onun istəyinə rədd cavabı verib. Sonda S.Güləliyev qızı zorla qaçırmaq qərarına gəlib. Bu məqsədlə o, dostu Mahir Rüstəmov və taksi sürücüsü Səbuhi ilə sövdələşib və mayın 19-da “Ulduz” metrostansiyası yaxınlığında pusqu qurub.
Lakin polisin sayıqlığı nəticəsində S.Güləliyevin nakam sevgisi kimi qız qaçırmaq cəhdi də baş tutmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü (adam oğurluğuna cəhd) maddələri ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA

1203