Çay evində 23 yaşlı oğlanı öldürdülər
Mayın 18-nə keçən gecə Bakıda qətl hadisəsi törədilib. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Naxçıvanski küçəsində yerləşən “Qəlyan” çay evində 1988-ci ildə Gürcüstanda anadan olmuş Xəlilov Anar Ramiz oğlu bıçaqlanıb.
Şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxs 23 yaşlı oğlanın döş qəfəsinin sol nahiyəsinə, ürəyinin üstünə bıçaqla bir zərbə endirib. Nəticədə ağır xəsarət alan gənc xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Nizam RZA

410