Günün tarixi
14 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1500. Braziliya Portuqaliyanın protektoratı altına keçib

1643. XIII Lüdoviqin vəfatından sonra 4 yaşlı oğlu XIV Lüdoviq Fransa taxt-tacına sahib olub

1796. Bioloq Edvard Cenner ilk dəfə 8 yaşlı bir oğlan uşağını çiçəyə qarşı peyvənd edib

1805. Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb

1811. Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib

1869. Qazaxıstanda Aktyubinsk şəhərinin əsası qoyulub

1900. Parisdə II Yay Olimpiya Oyunlarının açılışı olub

1916. Akademik, 1959 – 1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov anadan olub

1922. Başqırdıstanın paytaxtı Sterlitamakdan Ufaya köçürülüb

1939. Peruda 5 yaşında ikən uşaq dünyaya gətirən Lina Medina tibb tarixinə ən gənc ana olaraq düşüb

1941. Parisdə faşistlər 3600 yəhudini həbs edib

1948. İsrail dövləti öz müstəqilliyini elan edib

1955. Sovet İttifaqı da daxil olmaqla səkkiz sosialist ölkəsi Varşava müqaviləsini imzalayıb

1960. Parisdə “Böyük dördlük” - Böyük Britaniya, SSRİ, ABŞ və Fransa görüşə başlayıb

1985. Tarzən Bəhram Mansurov vəfat edib

1998. “Associated Press” agentliyi 150 illiyini qeyd edib

2002. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Müqavilə imzalanıb

Günün aforizmi

“Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.”

Kürəkçay müqaviləsi, maddə 11
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar