Samuxda qandondurucu hadisə
10 may 2011 12:26 (UTC +04:00)

Samuxda qandondurucu hadisə

Samux rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Samux rayon, Ziyadlı kənd sakini Tamella Ələkbərovaya məxsus 80 kvadrat metrlik ev yanıb. Yanğın söndürüldükdən sonra T.Ələkbərova və oğlu Elsevər yaralı halda tapılıb. Onlar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.


İlkin məlumata görə, ev yandırılmazdan əvvəl Elsevər qayçı ilə evdə olan 8 min manat pulu doğrayıb. Daha sonra isə ana və oğul kəsici alətlə özlərini öldürməyə cəhd ediblər.
Qadının ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar