Özündən 21 yaş böyük əmioğlusunu döyüb öldürdü
Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Eminbəyli küçəsi dalan 6, ev 7 ünvanında 1978-ci il təvəllüdlü Məmmədov Rəşad Zülfüqar oğlu əmioğlusu, 1957-ci ildə anadan olmuş Məmmədov Siyavuş Müzəffər oğlunu döyə-döyə öldürüb.
Məlumata görə, qonşu yaşayan əmioğluların arasında mübahisə düşüb və sərxoş vəziyyətdə olan S.Məmmədov söyüş söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən Rəşad özündən 21 yaş böyük əmioğlusunu döyüb. Təpik və yumruqla döyülmüş Siyavuş xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı CM-nin 126.3 maddəsi ilə cinayət işi başlanıb.

467