Amerikalılara bin Ladenin ailəsi ilə görüşməyə icazə verilmir
06 may 2011 15:12 (UTC +04:00)

Amerikalılara bin Ladenin ailəsi ilə görüşməyə icazə verilmir

Pakistan hakimiyyəti ABŞ nümayəndələrini “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin mayın 2-də öldürülməsindən sonra saxlanılmış ailə üzvləri ilə görüşməyə buraxmır. Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, Pakistan xüsusi xidmət orqanları Üsamə bin Ladenin 3 arvadını və bir neçə uşağını nəzarətdə saxlayır.

“Əl-Qaidə” liderinin 12 yaşlı qızı Safia atasının Abbottabad şəhərindəki malikanədə atasının amerikalı dəniz piyadaları tərəfindən necə güllələndiyinin şahidi olduğunu bildirib. Üsamə bin Ladenin arvadlarından biri, 29 yaşlı Abdulfata deyib ki, 5 ildir ki, ailələri bu mülkdə yaşayıb. Ümumilikdə binada 17 nəfər olub. Şahidlər “əl-Qaidə” liderinin arvadlarından birində öldürüldüyünü, ancaq böyük ehtimalla, onun cəsədinin gizlədildiyini söyləyirlər.

Üsamə bin Ladenin ailə üzvlərinin ifadələri alındıqdan sonra ölkələrinə göndəriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar