“Baku Steel Company”da 6 nəfər zəhərlənib - YENİLƏNİB
Bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində, Əliyar Əliyev küçəsi 36 ünvanında yerləşən “Baku Steel Comany” şirkətinə məxsus Qara Metalların Təkrar Emalı müəssisəsində baş verib.
Məlumata görə, səhər saatlarında yük avtomobili ilə müəssisəyə metal qırıntıları gətirilib. Qırıntıların arasında iri çən diqqət çəkib. Bu zaman işçilər çənin içində maye olduğunu görərək onu açmağa ehtiyatlanıblar. Nəticədə yükü gətirmiş şəxslər çənin qapağına açmaq qərarına gəliblər. Hadisə də elə bu zaman baş verib. Məlum olub ki, 6 tonluq çənin içindəki maye təhlükəli ammonyak turşusudur. Hava ilə reaksiyaya girən kimi ammiak turşusu buxarlanmağa başlayıb və ətrafda olan şəxslər zəhərlənib.
Ammiakın buxarlanmasından orada olan 6 nəfərə ziyan dəyib. Zəhərlənən şəxslər təcili olaraq yaxınlıqda yerləşən “Baku Steel Company” şirkətinin tibb məntəqəsinə çatdırılıb. Taksologiya şöbəsinə yerləşdirilən şəxslərə tibbi yardım göstərilib.
Faktla bağlı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Bölməsindən Lent.az-a bildirdilər ki, onlara həmin ərazidə hadisə baş verməsi ilə bağlı məlumat daxil olub. Lakin əraziyə çatdıqda orada hər hansı insidentə rast gəlinməyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb. FHN-nin məlumatında qeyd olunur ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində metal tullantılarının toplandığı ərazidə partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, metal tullantısı olaraq gətirilmiş çənlərdən birinin qapağı açılarkən zəif partlayış baş verib. Xilasedicilər hadisə yerini çəpərləyərək insanların daxil olmasını məhdudlaşdırıb və ərazini aidiyyəti üzrə təhvil veriblər.

568