İnsan alverinə qarşı həftəlik keçirilir
Lent.az-ın məlumatına görə, ATƏT-n Bakı ofisi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə idarəsi və qeyri hökumət təşkilatlarının iştirakı ilə keçiriləcək həftəlikdə bir sıra tədbirlər nəzərdə tutulub.
Həmin tədbirlər sırasında 6-10 may tarixlərində Azərbaycanın bütün beynəlxalq vağzallarında (hava, dəniz, dəmir yolu, avtomobil) ölkəmizə gələn xarici vətəndaşlara bukletlər paylanılacaq. Həmçinin şəhərin müxtəlif yerlərində, xarici ölkə vətəndaşlarını sıx olduğu ərazilərdə bir sıra maarifləndirici aksiya və yürüşlər nəzərdə tutulub.
Konfransda iştirak edən Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov ölkəmizdə bu sahədə irəliləyiş olduğunu deyib. O qeyd edib ki, keçən il insan alveri ilə bağlı cinayət faktlarının sayı azalıb. i.Nəcəfov xüsusi vurğulayıb ki, 2010-cu il ərzində bu sahədə 70 cinayət işi açılıb, 39 şəxs məsuliyyətə cəlb olunub, 34 qurban isə müəyyən olunub.
İ.Nəcəfov bildirib ki, insan alverinin qurbanı olmuş şəxslərdən 27-si sığınacaqlara yerləşdirilib. Onlardan 21-i peşə kurslarına cəlb olunub.

994