Amerikadan Türkiyəyə azərbaycanlı terrorçu ilə bağlı xəbərdarlıq
04 may 2011 18:33 (UTC +04:00)

Amerikadan Türkiyəyə azərbaycanlı terrorçu ilə bağlı xəbərdarlıq

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) xəbərdarlıq edib.


Lent.az-ın Türkiyənin “Sabah” qəzetinin saytına istinadən verdiyi məlumata görə, CİA-dan göndərilən məxfi sənəddə İraq və Suriyadan Türkiyə ərazisinə iki terrorçu qrupun daxil olacağı bildirilir. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi və kilsələrdə terror hazırlayan qruplaşmaların üzvləri Əbdülsəttar Əbülcabbar, əl-Mula Məhəmməd və Hüseyn Məhəmməd İraqdan Suriyaya keçməyi, Suriyanın İdlip şəhərindən Türkiyə ərazisinə daxil olmağı planlaşdırırlar.


Bu arada Türkiyə xüsusi xidmət orqanları Bitlis vilayətinin Güloymaq qəsəbəsində “əl-Qaidə” üzvü olan Samah N.A kod adlı terrorçunu yaxalayıb. Araşdırmalar zamanı məlum olub ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan bu şəxs 2010-cu il dekabrın 24-də bu ölkədən deportasiya edilib. Sonradan o da məlum olub ki, Samah N.A Türkiyəyə Azərbaycan vətəndaşı olan “əl-Qaidə” üzvü, 26 yaşlı Anar.A adlı şəxsin köməkliyi ilə gəlib. Kod adının Tolha olduğu müəyyənləşdirilən azərbaycanlının terror təşkilatı ilə sıx əlaqədə olduğu bildirilir. Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar