Bakıda ağır qəza: 1 ölü, 2 yaralı
04 may 2011 10:24 (UTC +04:00)

Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yanvar küçəsində, 3-cü mikrorayon dairəsi adlanan ərazidə iki minik və bir yük avtomobili toqquşub.

Məlumata görə, saat 00:30 radələrində 90 JO 192 nömrə nişanlı “Tatra” ilə paytaxt sakini 1970-ci il təvəllüdlü Əliyev Əlyar Xudakərim oğlunun sürdüyü “Hyundai Sanata FE” və 1990-cı ildə anadan olmuş Hacıyev Çingiz İman oğlunun idarə etdiyi “VAZ 2107” toqquşub. Nəticədə “VAZ 2107”də olan sərnişin 1993-cü il təvəllüdlü Məmmədov Nicat Qənimət oğlu hadisə yerində dünyasını dəyişib. Ç.Hacıyev və digər sərnişin - 1991-ci ildə anadan olmuş Allahverdiyev Elvin Asif oğlu isə yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar