Əflatun Amaşovdan sərt cavab
02 may 2011 23:42 (UTC +04:00)

Əflatun Amaşovdan sərt cavab

Bunu APA-ya açıqlamasında “Freedom House”un dünyada mətbuat azadlığının vəziyyətinə dair son hesabatına münasibət bildirən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda mətbuata xüsusi dövlət qayğısı var və bu milli mətbuatımızın inkişafına yönəlib: “Son illərdə Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub, bununla bağlı dövlət dəstəyi fondu yaradılıb. Bu gün Azərbaycanda internet media inkişaf etməkdədir, yarım milyona yaxın insan “facebook”dan istifadə edir”.

MŞ sədri jurnalistikanın problemləri də olduğunu vurğulayıb: “ Amma bu problemlər də öz həllini tapacaq. Mətbuatımızın günü-gündən inkişaf etdiyi bir məqamda hər hansı təşkilatın bizi 196 ölkə arasında 171-ci yerdə görməsi məni çox təəccübləndirdi. Heç kimə sirr deyil ki, elə ölkələr var ki, orda mətbuatın durumu bərbad vəziyyətdədir. İnternet medianın inkişaf belə etmədiyi, medianın kustar üsullarla fəaliyyət göstərdiyi ölkələr var. Təşkilatın hesabatına baxanda görürük ki, onlar bizdən ön sıralarda yer alıb. Hesabatda qonşu Türkiyə Azərbaycandan 70 pillə öndədir, halbuki bu gün bu ölkədə 61 jurnalist həbsdədir. Yaxud da İraq dünyada jurnalistlərin ən çox qətlə yetirildiyi ölkələr sırasındadır, amma o da bu təşkilatın reytinqində Azərbaycandan öndədir. Bütün bunlar məni çox təəccübləndirir. Mən bu siyahını qeyri-obyektiv qiymətləndirirəm”.

Qeyd edək ki, “Freedom House” təşkilatı yeni hesabatında son 10 ildə dünyada mətbuat azadlığının səviyyəsinin ən aşağı həddə düşdüyünü bildirib. Təşkilatın hesabatına görə, Azərbaycanın adı mətbuat azadlığının vəziyyətinin ən pis olduğu ölkələr sırasına - "Azad olmayan ölkələr" arasına salınıb. Freedom House 196 ölkədə mətbuat azadlığının vəziyyətini qiymətləndirib və Azərbaycan bu reytinqdə 196 ölkə arasında 171-ci olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar