Günün tarixi
02 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1519. İtalyan mühəndis və rəssamı Leonardo da Vinçi vəfat edib

1668. Fransa və İspaniya arasında “Birinci Aahen sazişi” imzalanıb

1920. 28 apreldən 2 may tarixinədək Bakıdan sovet Rusiyasına 1,3 milyon pud (1 pud = 16 kq) neft göndərilib. Bu hadisə Rusiyada iqtisadi canlanmaya səbəb olub

1920. Kirov və Orcanikidze Bakıdan Leninə teleqram vuraraq N.Nərimanova səlahiyyət verilməməsini tələb ediblər. Teleqramın şifrəsi 1969-cu ildə açılıb

1930. Bakıda M.F.Axundovun abidəsi açılıb

1930. Qorki Avtomobil Zavodunun (QAZ) təməli qoyulub

1935. SSRİ və Fransa arasında qarşılıqlı yardım haqqında saziş imzalanıb

1941. AR XİN-in Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev anadan olub

1952. London və Nyu-York arasında müntəzəm aviareyslər açılıb

1955. Hindistanda kasta mənsubiyyətinə görə diskriminasiya qadağan edilib

1975. Futbolçu Devid Bekhem anadan olub

1980. II İohan Pavel Kinşasa (Konqo) şəhərinə səfərə gedib. Bu, tarixdə Roma papasının Afrikaya ilk səfəri idi

1989. Macarıstan və Avstriya arasındakı “Dəmir pərdə” qalxıb

1997. Toni Bleyr İngiltərənin baş naziri seçilib

1998. Brüsseldə Avropa Mərkəzi Bankı təsis edilib. Bankın məqsədi Avropa pul siyasətini tənzimləməkdir

2002. Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı açılıb.

Günün aforizmi

“...Sovet Rusiyası ilə hərbi-təşkilati və iqtisadi birləşməni həyata keçirəcəyik... Ancaq tezliklə Nəriman Nərimanova belə səlahiyyətlər verməyin”.

Kirov və Orconikidzenin birgə teleqramından
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar