Sumqayıt yolunda törədilmiş qanlı cinayətin üstü açılıb
28 aprel 2011 12:33 (UTC +04:00)

Sumqayıt yolunda törədilmiş qanlı cinayətin üstü açılıb

Aprelin 27-nə keçən gecə saat 02:00 radələrində Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş qətl hadisəsinin üstü açılıb. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, həmin ərazidə yerləşən qəbiristanlıqla üzbəüz yerləşən “ASpetrol” yanacaqdoldurma məntəqəsində Şərur rayon Dəmirçi kənd sakini, 1977-ci il təvəllüdlü Əsədov Malik İmamverdi oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən 1979-cu ildə anadan olmuş Həsənov Rəşad Nadir oğlu tutulub. O, ilkin ifadəsini verib və davada iştirak etdiyini etiraf edib.


Məlumatda həmçinin bildirilir ki, iki qardaşı bıçaqlanması ilə nəticələnən hadisədə tək R.Həsənov iştirak etməyib. Hadisənin iştirakçısı olmuş digər şəxslərin tutularaq istintaqa verilməsi istiqamətində iş aparılır.

Hadisə zamanı M.Əsədovun qardaşı, 1975-ci il təvəllüdlü Ədalət Əsədov da ağır xəsarət alıb. Kiçik qardaşı ürəyindən bıçaqlayan şəxslər Ə.Əsədova da ölümcül zərbə vurublar. Respublika xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Ə.Əsədov isə hələ özünə gəlmədiyindən ondan ifadə almaq mümkün olmayıb.


Qeyd edək ki, hər iki qardaş Bakıda usta işləyir və ailəlidir. Onlar Baklının Sabunçu rayonu ərazisində kirayə yaşayır. Hadisənin hansı zəmində və nə səbəbindən baş verdiyi isə hələlik açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar