Müdafiə Nazirliyinin gizirindən xeyli narkotik tapıldı
27 aprel 2011 11:35 (UTC +04:00)

Müdafiə Nazirliyinin gizirindən xeyli narkotik tapıldı

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin gizirindən külli miqdarda narkotik vasitə götürülüb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 27-də saat 02.10 radələrində Yardımlı rayonunun Sırıq kəndi ərazisində Şəki Rayon Polis Şöbəsi Sarıcalı Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi “VAZ-21074” markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomaşında sərnişin qismində gedən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu Vəlupurdan 710 qram heroin götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar