Film kimi soyğun... - FOTO
Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu soyğun əməliyyatını İstanbulda Kapalıçarşıda zərgərliklə məşğul olan erməni Apraham Ohanyan planlaşdırıb.
Planı 1 Braziliya, 3 Venesuela vətəndaşı, erməni əsilli 1 İtaliya vətəndaşı və 8 türkün olduğu dəstə həyata keçirib. Film kimi soyğun İstanbul polisinin bölgədəki bütün təhlükəsizlik kameralarını araşdırması ilə üzə çıxıb. Soyğun günorta saatlarında baş verib. Yenikapıdan Sirkeci yönündə hərəkət edən və Üstündağ Kuyumculuğa aid olan zirehli maşın təkəri partladığı üçün Kadıköy-Karaköy döngəsində durmalı olub. Sürücü Erol Bakış və yanındakı mühafizəçi Ahmet Sönmezkerkütlü təkəri dəyişdikdən sonra soyğuna məruz qaldıqlarını anlayıblar. Soyğunçular avtomobildə içərisində 20 kiloqram qızıl olan 2 çantadan birini oğurladıqdan sonra aradan çıxıb.
Polis sirr pərdəsini aradan qaldırmaq üçün tək olay günü deyil, eyni məkanda olan kameraların 3 gün əvvəlki görüntülərini də araşdırıb. Görüntlərdə şübhəli bir avtomobildəki naməlum şəxsin ərazidə kəşfiyyat aparması üzə çıxıb. “Fiat Albea” markalı avtomobilin Atatürk Hava Limanında fəaliyyət göstərən bir icarə şirkətinin qeydiyyatında olduğu və Venesuela vətəndaşı Juan James Baracomente tərəfindən icarəyə götürüldüyü öyrənilib. Bundan sonra yüzlərlə kameradakı görüntülər məntiqi olaraq bir-birini tamamlayıb.
Avtomobili icarəyə götürən Juan James Baracomente ilə birlikdə Türkiyəyə gələn Jose Angel Badillo Gomez və Diorys Alexis Volcan Molina fərqli otellərdə qalıblar. Şəbəkənin beyini sayılan Liviya əsilli Braziliya vətəndaşı Laith Al Saiegh ilə erməni əsilli İtaliya vətəndaşı Kevork Plojian da birlikdə Türkiyəyə gəlib, fərqli otellərdə nömrələr kirayələyiblər.
3 venesuelalı Aksaraydaki zərgərlik mağazasından çıxan avtomobili aprelin 12-də təqib etməyə başlayıb. Zirehli avtomobilin önü Sirkecidəki dəmiryol parkı qarşısında qırmızı işıq yanarkən bir taksi tərəfindən kəsilib. Taksidə sürücünün yanında oturan bir kişi zirehli avtomobilin içərisində olan sürücü və mühafizəyə avtomobilinin təkərinin partladığı barədə xəbərdarlıq edib. Xəbərdarlıq edilən zaman zirehli avtomobilin yanında duran motosikletdəki bir nəfər təkəri bıçaq zərbəsi ilə partladıb.
Məcburiyyət qarşısında sağa çəkilən zirehli avtomobildəki sürücü və mühafizəçi yeni təkər salmaq üçün aşağı eniblər. Soyğunçular da həmin anda qızılla dolu çantanı götürərək qaçıblar. Soyğunu həyata keçirənlərlə bu olayı planlaşdıranlar eyni gündə fərqli otellərdə çıxaraq, Maslakdakı 5 ulduzlu otelə toplanıblar. Burada 1 gün qalan dəstədəki venesuelalılar təyyarə ilə Fransaya uçublar. Braziliyalı Al Saiegh və İtaliya vətəndaşı olan Kevork Plojian Apraham Ohanyanın sahibi olduğu sahibi olduğu zərgərlik emalatxanasına üz tutublar.
Burada oğurlanan 24 ayarlı 20 kiloqram qızılın 4 kilosu əridilib. 1 kiloqramlıq 16 qızıl külçəsi də əridilib və onlardan 2 kiloqramlıq qızıl külçələr düzəldilib. Əridilən qızıllara Apraham Ohanyanın firmasının möhürü vurulub. Al Saiegh ilə Kevork Plojian da bundan sonra Suriya üzərindən Livanın paytaxtı Beyruta yollanıblar. Polis Apraham Ohanyan, ortağını və onun emalatxanasında çalışan qaynı da daxil olmaqla, 6 nəfəri saxlayıb. Apraham Ohanyan qızılın oğurluq olduğunu bilmədiyini iddia edib...

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı
11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı
11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü
11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı
10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü
10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu
10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
10 may 2025 , 21:06