Toyda bəylə gəlini soydular
07 aprel 2011 12:26 (UTC +04:00)

Toyda bəylə gəlini soydular

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayon Mir Cəlal küçəsindəki “Millenium” şadlıq evində qeydə alınıb. Özünü şadlıq evinin işçisi kimi təqdim edən paytaxt sakini Rauf Orucov toyu olan bəy Nadir Musayevə yaxınlaşıb. O, bəyə və gəlinə məxsus üzükləri alıb və üzüklərin onlara qeyr-adi formada təqdim olunacağını deyib. Toy vaxtı isə Raufu tapmaq mümkün olmayıb. Məlum olub ki, o heç də şadlıq evinin işçisi deyil. Dərhal polisə məlumat verilib və dələduz yaxalanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513

Oxşar yazılar