Bakıda polisin qohumlarını bıçaqlamasının TƏFƏRRÜATLARI
06 aprel 2011 16:50 (UTC +04:00)

Bakıda polisin qohumlarını bıçaqlamasının TƏFƏRRÜATLARI

Aprelin 6-na keçən gecə Bakıda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, C.Əliyev küçəsi 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan paytaxt sakini Hökumə Qurbanova Səbail rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, onun bacısı oğlu, Nəsimi rayon Baş Mühafizə İdarəsinin əməkdaşı olan 1988-ci il təvəllüdlü Həsənəliyev Elşad Seyfulla oğlu onun evinə gələrək, qızının nişanlısı, 1985-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev Ülvi Rafiq oğlunu bıçaqlayıb. Bıçaq 26 yaşlı Ü.Əliyevin kürəyindən dəyib. Bu zaman E.Həsənəliyev onu sakitləşdirmək istəyən xalası, 1967-ci il təvəllüdlü Qurbanova Hökuməyə də bıçaqla xəsarət yetirib.

Hər iki yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 44 yaşlı H.Qurbanovanın xəsarəti nisbətən yüngül olduğundan ona ambulator müalicə yazılıb.

Lent.az-a verilən məlumatda bildirilir ki, 23 yaşlı polis çavuşunun yaşadığı ev xalasının evi ilə qonşuluqda olub. O, gecə saatlarında xalası qızının nişanlısını məhəllədə görüb və onların arasında mübahisə düşüb. Bu zaman 23 yaşlı E.Həsənəliyev bıçağa əl atıb.

Faktla bağlı ekspertizalar təyin olunub, Səbail RPİ-də araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar