Toyda qan salan şəxs aeroportda tutulub
Martın 27-də Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Baxşıyev Mahir Əfqan oğlu Topalhəsənli kəndində yerləşən “Dan Ulduzu” şadlıq evində keçirilən toy mərasimi zamanı 1988-ci ildə anadan olmuş Nəcəfov Müşfiq Nəcəfəli oğlunu bıçaqlayıb. M.Baxşıyev daha sonra hadisə yerindən qaçıb. Hadisə münaqişə zəminində baş verib.
Lakin martın 28-də onu Bakıda hava limanında yaxalamaq mümkün olub. M.Baxşıyev Bakı-Moskva aviareysi ilə ölkəni tərk etmək istəyərkən yaxalanıb.
Qeyd edək ki, M.Baxşıyev 23 yaşlı M.Nəcəfovu bıçaqlayarkən sərxoş vəziyyətdə olub.
Nizam Rza

537