Fərhad Göçər: “Tatlısəsin yaşama şansı 50 faizdir!”
Lent.az-ın verdiyi məlumata görə, bunu “Vatan” qəzetinə açıqlamasında İbrahim Tatlısəsin həkimləri ilə görüşən müğənni Fərhad Göçər söyləyib.
Fərhad Göçər İbrahim Tatlısəsin başından ağır xəsarət aldığını qeyd edib.
Xatırladaq ki, İbrahim Tatlıses bu gecə saat 00:30 radələrində Şişlidə Maslak Büyükdere küçəsində yerləşən Nurol Plaza mehmanxanasının alt qatında olan “Beyaz TV”-yə aid studiyada “İbo Şov” teleşousunun çəkilişini tamamladıqdan sonra oradan çıxıb və avtomobilinə minmək istəyərkən güllələnib. Müğənniyə kənarda dayanmış bir avtomobildə olan 3 nəfər atəş açıb. Polis onların iraqlı olduğunu müəyyənləşdirib. Müğənni Maslak Acıbadem Xəstəxanasında 2 dəfə cərrahi əməliyyat edilib.

497