Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Sahil Məmmədov və Canbulaq Rzayev
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Sahil Ələmdar oğlu Məmmədov 1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonu Yuxarı Necili (Nizami) kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində fəal iştirak edib, Zəngilan rayonu ərazisində zastava rəisi olub, Qazançı, Ağkənd, Dərəli kəndlərinin müdafiəsində qəhrəmanlıqla vuruşub, Qazançı kəndinin müdafiəsi zamanı ağır yaralanıb. Birinci qrup Qarabağ müharibəsi əlilidir, hazırda DİN-nin Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində çalışır.
Canbulaq (Canpolad) Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonu Əhmədavar kəndində anadan olub. Leytenant C.Rzayev Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə bir komandir kimi rəşadətlə vuruşub. 1992-ci il fevralın 26-da C.Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə gedib, düşmənin atəş mövqelərini məhv edərək xeyli insanın xilas olmasına şərait yaradıb, axıra qədər döyüşüb və şəhid olub. Məzarı Ağdam şəhərinin Şəhidlər Xiyabanındadır.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57